Hərbçilərə namaz qadağan edilib?

herbcilere-namaz-qadagan-edilib
Oxunma sayı: 1935

Elə bu mənbələrin verdiyi məlumata görə namaz qılan əsgər və zabitlər rəhbərlik tərəfindən incidilir, onlar xüsusi nəzarətə götürülür, onlara əlavə tapşırıqlar (naryadlar) verilir, zabitlər hətta tutduqları vəzifələrdən aşağı vəzifələrə keçirilir, cəza məqsədilə xidmətlərini davam etdirmək üçün döyüş bölgəsində yerləşən hərbi hissələrə göndərilirlər.

Məsələ bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev verdiyi açıqlamasında belə bir halın mümkün olmadığını söylədi: “Belə bir şey yoxdur. Hər kəsin vicdan azadlığı var və qanun çərçivəsində də bu hüquqlar qorunur”.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Qafqazinfo.az