“Hərbçilərin qəzasında polis günahkar deyil” - Reaksiya

herbcilerin-qezasinda-polis-gunahkar-deyil-reaksiya
Oxunma sayı: 661

Bu barədə “Qafqazinfo”ya açıqlama verən Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, belə bir şey olmayıb: “Yol polisi “Mercedes” markalı maşını qovmayıb. Bu məlumatdan sonra kamera görüntüləri üzərində aparılan araşdırmalarda məlum olub ki, şahidlərin dediyi kimi yol polisi həmin markalı maşının dalınca düşməyib. Belə bir görüntü yoxdur. Həmin görüntüləri ictimaiyyətə göstərə də bilərik”.

Vaqif Əsədov həmçinin qeyd edib ki, Yol Polisi sürücünü təqib edirsə, bu o demək deyil ki, o başqa bir maşını vura bilər və bu ona haqq qazandırır. O, “Mercedes” markalı avtomobilin sürücüsünün sərxoş olduğunu da vurğulayıb.

Qeyd edək ki, dünən Bakıda əsgər və zabitlərin olduğu “UAZ” markalı avtomaşın Müdafiə Nazirliyinə məxsus təlim tədris mərkəzinə növbə dəyişməyə gedən vaxt həmin küçə ilə hərəkətdə olan “Mercedes” markalı minik maşını ilə toqquşub. Şahidlər ANS kanalına hadisəyə səbəb kimi DYP-nin “Mercedes” markalı avtomobilin dalıyca düşməsini göstərmişdilər.