Hərbi hissədə atışma oldu, ölən və yaralananlar var

herbi-hissede-atisma-oldu-olen-ve-yaralananlar-var
Oxunma sayı: 710

Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin Göygöldəki N saylı hərbi hissəsində xidmət edən əsgər Vüqar Məmmədov avtomat silahdan atəş açaraq əsgər yoldaşlarından ikisini öldürüb, ikisini isə yaralayıb.

Məmmədov Ağdaş rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb.

Hadisə ilə bağlı hələlik Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.