Hərbi hissədən iki əsgər qaçıb

herbi-hisseden-iki-esger-qacib
Oxunma sayı: 669

Tərtər rayon polis şöbəsindən Trend-ə faktı təsdiqləyiblər.

Bildiriblər ki, Şəmkir rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 1991-ci il təvəllüdlü Əlizadə Vüsal Yaşar oğlu və Bakı şəhəri Xətai rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış 1991-ci il təvəllüdlü Hüseyn Ramazanov bu gün səhər saat 6-7 radələrində hərbi hissəni özbaşına tərk ediblər.

Ramazanovun hərbi hissəni tərk edərkən xidməti silahını da özü ilə apardığı bildirilir.

Onların tutulması üçün Tərtər və ətraf rayonlarda postlar qurulub.

Faktla bağlı Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.