Hərbi məktəblərdə hicaba icazə veriləcək

herbi-mekteblerde-hicaba-icaze-verilecek
Oxunma sayı: 660

SalamNews MehrNews-a istinadən xəbər verir ki, Amerikanın müdafiə nazirliyinin qərarı barədə İslam əlaqələri üzrə ABŞ Şurasının mətbuat xidmətindən bildirilib.

Xəbər verilir ki, Şura Amerika komandalığının bu təşəbbüsünü müsbət qarşılayıb və hicab geyinən müsəlman qadınların hərbi məktəblərdə təhsil almasına imkan yaradıldığına görə məmnunluğunu bildirib.

Bu qərar qəbul edildikdən sonra hərbi məktəbdən xaric edilən hicablı müsəlman qadın yenidən məktəbin tələbələri sırasına qaytarılıb.