Hərbi təyyarə qəzaya düşdü, ölənlər var - Yenilənib

herbi-teyyare-qezaya-dusdu-olenler-var-yenilenib
Oxunma sayı: 679


16.47

ANS PRESS xəbər verir ki, qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 təyyarəsidir. Təyyarə təlim zamanı naməlum səbəblərdən yerə düşüb. Hadisə nəticəsində iki zabit pilot həlak olub.

Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hadisə ilə əlaqədar pilotların ailələrinə və Türkiyə xalqına başsağlığı verib.

-----------------
13.55

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə Konyanın Karatay qəsəbəsinin Qaraqaya kəndi yaxınlığında baş verib. Təyyarənin qəzaya uğradığı zamanın yerli vaxtla 11.15-də olduğu xəbər verilir.
Hadisə yerinə hərbi heyətin göndərildiyi qeyd edilir. Qəzaya uğrayan təyarənin hissələrinin geniş bir sahəyə dağıldığı bildirilsə də, ölən və yaralananların olub-olmadığı məlum deyil.