Hərəkat hakimiyyət qarşısında tələb qoydu

herekat-hakimiyyet-qarsisinda-teleb-qoydu
Oxunma sayı: 640

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir:

“Fransa senatının qondarma erməni soyqırımını tanımayanlara qarşı cəza tətbiq etmə “qərarını” Fransanın özünə və Avropa dəyərlərinə qarşıdır. Fransanın antitürk olduğunu göstərən bu qərarı kəskin pisləyirik.

DCUMH Türkiyə Cümhuriyyətinin bu istiqamətdə atdığı bütün addımları dəstəkləyir.

DCUMH tələb edir :

- Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun fəaliyyətinə xitam verilsin.
- Azərbaycanın tələbi ilə Fransa ATƏT-in Minsk qrupu həmsədrliyindən çıxarılsın.
- Azərbaycan ilə Fransa arasında olan iqtisadi, siyasi, mədəni münasibətlərə və əlaqələrə son verilsin.

Bütün bu tədbirləri Türkiyə Cümhuriyyəti ilə birgə həyata keçirməyi Azərbaycan hakimiyyətindən tələb edirik”.