“Hərəkatın Rəsul Quliyevin adı ilə bağlanması doğru deyil”

herekatin-resul-quliyevin-adi-ile-baglanmasi-dogru-deyil-
Oxunma sayı: 635

Bunu Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Teleqraf.az-a verdiyi açıqlamada Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının əsasən Rəsul Quliyevin adı ilə bağlanması və mətbuatda “Rəsul Quliyevin yaratdığı hərəkat” kimi təqdimatlara yol verilməsi faktına münasibət bildirərkən deyib.

KXCP sədri qeyd edib ki, sözügedən hərəkat təsis olunarkən qurumda təmsil olunan digər şəxslərlə yanaşı, eks-spiker də bu prosesdə iştirak edib: “Bütün bu proseslər də ölkə mediasının gözü qarşısında baş verib. İdarə Heyətinin toplantıları və digər tədbirlərimizə Rəsul Quliyev də qatılır və məsələlər birgə müzakirə olunur”.

M.Mirəlioğlu hesab edir ki, bu təqdimat həm hakimiyyətin, həm Hərəkatı qısqanclıqla qarşılayanların, həm də Hərəkatı özlərinə alternativ görənlərin vahimələnməsindən irəli gəlir: “Bunun başqa bir adı yoxdur, reallığa da uyğun deyil”.