Hərifə bax...

herife-bax
Oxunma sayı: 760

Kritik, vəziyyətdir vallah, deyirəm, inanan yoxdur. Bu konuda vəziyyət ciddidir bəylər, bayanlar, abilər, gözlərini sevdiyim teyzelər və daha kimlər, kimlər...
Bu belə sürə bilməz tabii.


Dilimizi, dinimizi, heysiyyətimizi ,mənliyimizi ,adamlığımızı paylaya-paylaya yaşayırıq.

Cəmiyyət məhvə doğru yox, məhv artıq ona sarı iri addımlarla irəliləyir. Kimdir günahkar? Bunu aydınlaşdıra-aydınlaşdıra bir əsrdən də çox vaxt keçəcək, amma biz hələdə səbəbkarın gözünə baxa-baxa ayrı yerdə səbəb axtarmağa çalışacağıq.
Fikir verməyin, düzələcək, “yaxşı olacaq”. Əslində kiçikdən böyüyə kimi hər birimizin dilindən gələn “yaxşı olacaq” kəlməsindən başqa söz də tapa bilmirik bir-birimizi ovundurmaqdan ötrü.

Stereotiplərimizi qıra bilmirik, buna çətinlik çəkirik. Tində duran “qaqaşların” , evdə oturub səhərdən-axşama kimi qeybət qıran xanımların da daha söhbəti bitib. Deyir aşığın sözü bitəndə “yaram-yaram” söyləyər. Məndə söz tapmıram, elə ordan-burdan yazıram, bu günlərdə yazısını oxuduğum köşə yazarı Yılmaz Özdil kimi. Adını düz yazmasam da oxucularım bağışlasın, özünün bağışlayıb-bağışlamaması heç bir önəm daşımır. www.hurriyet.com.tr-da bir yazısından sonra bu adama qarşı bütün azərbaycanlıların iddiası ola bilər, düşünürəm.

Bizim uşaqlıqdan babamız bildiyimiz Şah İsmayıl Xətaini, Ağqoyunlu dövlətini “koyun gibiydilər” deməsinə, bu yazara heç kim bu haqqı verməyib. Hələ üstəlik ağzına gələn, türk lüğətində nə kobud sözlər varsa yazı üstünə bəzəyib. Bu nə nankorluq bə kardeşim. Başqa millətin tarixindən danışmaq sənə düşməz, o tarixin qürurunu daşıyan millətinə düşər. Türk tarixini yetərincə bilməyin sənə yetər, başqa ölkələrin tarixini barı zibilinlə korlama.

Ağqoyunlu dediyin dövlətin tarixini 9 milyonluq Azərbaycan xalqı sevə-sevə öyrənir, bu boyda xalqa hörmətsizlikdə haradan çıxdı?

Bu yazıdan 3-4 kəlmə sizlərin nəzərinə çatdırmaq boynumun boyunduruğundadır, sanıram.

“En şöhrətli liderlərindən biri “Uzun” ləqəbli biri idi. Get bu gün Harbiyedeki əsgər muzeyinə, burda Uzun deyilən arkadaşın gömləyi sərgiləniyor. O gömleyi geysə-geysə 1.65 boyundakı adam geyinə bilər, 1.70 boyundakı adama sığmaz. Gəl görkü hərifin adı uzun”.

Bəli, sənin tarixinə bu qədər hörmətsizlik gəlir kardeş dediyin bir ölkə yazarından. İndi “hərifin” kim olması, sözün düzü sual altındadır. Həm də öz xalqının da deyil, başqa bir xalqın tarixini anlatan yazarın gözündə . Məncə bir daha düşünmək kifayət edər ...