Hesablama Palatası “Azərsu”ya ayrılan vəsaitləri yoxlayacaq

hesablama-palatasi-azersuya-ayrilan-vesaitleri-yoxlayacaq
Oxunma sayı: 712

Palatadan “Qafqazinfo”ya verilən məlumata görə, iclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üzrə Şəki rayonunda Vərəzəd və Zəyzid kəndlərini birləşdirən yolda körpünün yenidən qurulmasına, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən Zaqatala və Qax Yol İstismar İdarələrinə yolların saxlanılması üçün ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri üzrə Hesabat və Rəy müzakirə olunaraq təsdiq edilib, Hesablama Palatasının Daxili Nizamnaməsinə uyğun olaraq auditin nəticələri barədə Milli Məclisə məlumatın verilməsi barədə qərar qəbul edilib.

Kollegiya iclasında, həmçinin, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan 2011-ci il və 2012-ci ilin birinci yarımilliyində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin istifadəsinə və “Azərelektrikşəbəkətikinti” ASC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə dair Audit proqramları, habelə “Dünya Bankından kredit vəsaiti cəlb edilməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən “Sosial müdafiənin inkişafı” layihəsinin cari icra vəziyyətinə dair Analitik təhlil proqramı təsdiq edilib.

Kollegiya iclasında Azərbaycan Respublikası Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri üzrə Kollegiya qərarlarının icra vəziyyəti də müzakirə olunub.

Nigar Məmmədli