Həsən Əliyev medalsız qaldı - Yenilənib

hesen-eliyev-medalsiz-qaldi-yenilenib-
Oxunma sayı: 653

“Qafqazinfo”nun verdiyi məlumata görə, olimpiyaçımız yunan-roma güləşi üzrə 1/8 final görüşünə çıxıb.
60 kq çəki dərəcəsində Həsən Əliyev norveçli Stiq Andre Berqe ilə üz-üzə gəlib. İdmançımız rəqibinə 2:1 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

İdmançımızın növbəti rəqibi Cənubi Koreya təmsilçisi Jihyun Junq olacaq. Görüş Bakı vaxtı ilə 18:39-da başlayacaq.

***

İdmançımız 1/4 finalda rəqibi Jihyun Junqa qalib gələrək yarımfinala vəsiqə qazanıb.

***
Final uğrunda mübarizədə idmançımız gürcüstanlı Revaz Laşxi ilə üz-üzə gəlib. Amma həmyerlimiz rəqibinə uduzmaqla, finala çıxmaq şansını itirib.
Güləşçimiz təsəlliverici mərhələdə bürünc medal uğrunda qüvvəsini sınayacaq. O, son döyüş üçün Sayed Hamed (Misir) - Zaur Kuramamaqomedov (Rusiya) cütünün qalibini gözləyir

***
İdmançımız bürünc medalı qazanamq üçün rusiyalı Zaur Kuramamaqomedova qalib gələ bilmədi və Londonu medalsz tərk etdi.

Ceyhun Əhmədov