Həyat yoldaşı Günay Musayevaya bahalı gəlinlik tikdirir

heyat-yoldasi-gunay-musayevaya-bahali-gelinlik-tikdirir-
Oxunma sayı: 851

Günay Musayeva ilə Tolqa Korelin möhtəşəm toy şənliyi olacaq. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, toy Tolqa Karelin rol aldığı «Burası Osmanlı» serialının Kocaelidəki Osmanlı İmperatorluğunun dövrünü əks etdirən pavilyonda təşkil olunacaq. Pavilyonda qurulmuş tikiş evində qonaqlar üçün kostyumlar hazırlanacaq. Tolqa Karel Osmanlı bəyliyinin geyimi ilə qonaqların qarşısına çıxacaq.

Gəlin Günay Musayeva isə Osmanlı dövrünün bütün dəbdəbəsini və zənginliyi ilə də bəzəkli bir gəlin paltarı geyəcək. Stilist Tolqa Çamın 13 nəfərlik bir qrupla hazırladığı Günay Musayevanın gəlinliyi qiymətli daşlarla bəzənəcək. Günayın gəlinliyinə 3 min 900 ədəd qızıl örtmə Svarovski, 5 min ədəd ağ qızıl, 9 min 750 ədəd inci, 23 ədəd zümrüd istifadə ediləcək. Möhtəşəm gəlinlik üçün 35 metr saf ipəkdən istifadə ediləcək.