Heydər Camalla bağlı açıqlama

heyder-camalla-bagli-aciqlama
Oxunma sayı: 662

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, axtarışa səbəb internetdə yerləşdirilən terrorizmə çağırış motivləri daşıyan məqalə olub. Söhbət “Cihadda qadının rolu” adlanan və islamcom.ru saytında Yusif Əl İyerinin müəllifliyi ilə yazılan məqalədən gedir. Məqalədə terror aktı nümunələrinə, eyni zamanda Çeçenistanda rus silahlı qüvvələrinə qarşı terror aktları misal göstərilərək, eyni hərəkəti etmək çağırışları aşılanıb. Ekspertlərin fikrində, məqalə İslam komitəsinin ofisində yerləşən kompüterdə hazırlanıb. Hazırda islamcom.ru saytı açılmır( İslam Komitəsinin rəsmi saytı islamcom.org-dur). Digər resurslarda məqalədən sitatlar saxlanılıb. Bura “dünənki qadınlar kişiləri doğur və tərbiyə edirdilər, hansı ki, sonradan onlar dünyanın bütün allahsızlarının boyunlarından yapışdılar, indiki qadınlar isə inəklərə, daşlara, ağaclara, əhli-səliblərə, bütpərəstlərə sitayiş edən kişilər dünyaya gətirir və tərbiyə edirlər” kimi sitatlar daxildir.

Qeyd edək ki, H.Camalın evində axtarış martın 27-də başlanılıb. Onun barəsində Rusiya CM-nin 282-ci maddəsi ilə istintaq işi başlanılıb.

Səidə