Heydər Əliyev adına zavodda yanğın - Yaralılar var

heyder-eliyev-adina-zavodda-yangin-yaralilar-var
Oxunma sayı: 704

Hadisə barədə məlumat almaq üçün ARDNŞ-lə əlaqə saxladıq. Qurumum mətbuat xidmətinin rəhbəri Nizaməddin Rzayev “Qafqazinfo”ya açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, bu gün zavodda təmir zamanı qısa müddətdə ani alışma baş verib: “Bu da havaların isti keçməsi ilə əlaqədardır. Ciddi xəsarət alan olmayıb. İki nəfər isə yüngül yanıq xəsarəti alıb. Onlara da tibbi yardım göstərilib. Hadisənin səbəbləri araşdırılır. Mütəxəssislərdən ibarət komissiya yaradılıb və araşdırma aparılır” .

Nərgiz