Heyvanlara görə soyundular

heyvanlara-gore-soyundular
Oxunma sayı: 672

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, heyvansevər ekiz bacılar Kopenhagenin ən gur ticarət küçəsi olan Strogetdə lüt soyunaraq samurların müdafiəsinə qalxıblar. Qızlar əllərindəki şüarlarla su samurlarının ağır şərtlər altında yetişdirilməsinə diqqət çəkməyə çalışıblar.
Vibeke və Sussana Şmidt adında iki bacı təxminən 1 saat 0 dərəcə şaxtada aksiyalarını davam etdiriblər. Bacılar küçədən keçənlərə və alış-verişə gələn turistlərə su samurlarına qarşı olan qəddarlıqlar barədə məlumat veriblər.