Həzrət Rüqəyyə məscidi uçdu, ölənlər var

hezret-ruqeyye-mescidi-ucdu-olenler-var
Oxunma sayı: 699

Hadisə nəticəsində 8 nəfər həlak olub, çox sayda insan yaralanıb. Trend-in məlumatına görə, bu barədə TABNAK xəbər saytı məlumat verir.

Məlumata əsasən, məscidin uçmasına səbəb onun ətrafında hündürmərtəbəli binanın tikintisi üçün aparılan qazıntı işləri səbəb olub. Belə ki, aparılan qazıntı səbəbindən qədimi məscidin bünövrəsi boşalıb və uçub.

Qeyd edək ki, hadisə ötən gecə yerli vaxtla saat 21:30 radələrində baş verib. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Bəzi yaralıların vəziyyətinin ağır olduğu bildirilir.