Hillari Klinton Yuliya Timoşenkoya məktub yazdı

hillari-klinton-yuliya-timosenkoya-mektub-yazdi
Oxunma sayı: 661

Bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Yuliya Timoşenkoya ünvanladığı məktubda bəyan edib.

"Biz bu prosesdə həddindən artıq mühüm addım kimi, lazımi qaydada məhkəmə prosesinin aparılmasının, eləcə də sizin və məhbus olan digər görkəmli keçmiş hökumət adamlarının azad edilməsinin vacibliyində təkid etməyə davam edəcəyik. Bundan başqa, Ukraynada bütün legitim siyasi namizədlərin və partiyaların iştirakı ilə azad seçkinin keçirilməsinin tərəfdarı olduğumuza əmin ola bilərsiniz. Bu, Avropaya inteqrasiya və sizin ölkənizin keçmişdə həyata keçirdiyi işlər istiqamətində daha bir mühüm addımdır. Ümid edirəm ki, oktyabrda keçiriləcək parlament seçkisində də belə olacaq" - Hillari Klintonun Yuliya Timoşenkoya ünvanladığı məktubda belə deyilir. Məktub Timoşenekonun rəsmi saytında dərc edilib.

Xatırladaq ki, 2009-cu ildə Rusiya ilə qaz razılaşması imzalayarkən səlahiyyətlərini aşmaq ittihamı üzrə avqustda həbs olunan Yuliya Timoşenko oktyabrda Kiyevin Peçyorsk rayon məhkəməsi tərəfindən 7 il həbs cəzasına məhkum edilib. Dekabrın 8-də isə Kiyevin Şevçenko rayon məhkəməsi Yuliya Timoşenkonun "Ukraynanın Vahid energetika sistemləri" korporasiyasının rəhbəri postunda fəaliyyəti zamanı 405,5 milyon dollar büdcə vəsaitini mənimsədiyinə və vergidən yayındığına görə onun təkrar həbsi qərarını çıxarıb.

anspress