Hillari Klintona gürcü hədiyyəsi

hillari-klintona-gurcu-hediyyesi
Oxunma sayı: 649

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, dövlət katibinin səfəri və iyunun 5-də iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi şərəfinə xüsusi hazırlanmış hədiyyə təqdim olunacaq. “Amerikanın dostları klubu”nun təşəbbüsü, Gürcüstan-Amerika xartiyası və “Miniatür” nəşrinin dəstəyi ilə miniatür kitab hazırlanıb. Kitabda Klintonun səfərlərini əks etdirən 200-dən çox foto daxildir.

Kitabda nadir kolleksiyalar yer alıb. Klintona hədiyyə Amerikanın dostları klubunun prezidenti İlya Zukakişvili təqdim edəcək.