“Hillari Klintonun fikirləri qərəzlidir”- Reaksiya

hillari-klintonun-fikirleri-qerezlidir-reaksiya
Oxunma sayı: 637

AzərTAc xəbər verir ki, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycanı insan hüquqlarının pozulduğu ölkələr sırasında göstərməsinə münasibət bildirərkən belə deyib.

Əli Əhmədov qeyd edib ki, ABŞ insan hüquqları bəhanəsi ilə bəzi dövlətlərin daxili işlərinə qarışır. O deyib ki, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində doğma torpaqlarından qovulan minlərlə azərbaycanlının hüquqları kobudcasına pozulsa da, ABŞ rəsmiləri hələ də bu fakta münasibət bildirməyiblər: “Hillari Klintonun Azərbaycanda siyasi məhbusların mövcudluğu haqqında fikirləri də qərəzlidir və həqiqəti əks etdirmir. Azərbaycanda siyasi fəaliyyətinə və fikirlərinə görə heç kəs həbs edilməyib. Ümumilikdə götürdükdə isə siyasi məhbus anlayışının tam izahı yoxdur. Ona görə də hesab edirik ki, Azərbaycana qarşı bu cür iddialar tam əsassızdır”.