Hindistana qalib gəldik

hindistana-qalib-geldik
Oxunma sayı: 667

4-cü dəqiqədə Vüqar Nadirovun qolu ilə millimiz önə keçib. 42-ci dəqiqədə Mahir Şükürov penaltidən yararlanmaqla hesabı 2:0-a çatdırıb. Matçın 84-cü dəqiqəsində isə Nizami Hacıyev hindistanlıların qapısından 3-cü topu keçirib.
Qeyd edək ki, təlim-məşq toplanışı çərçivəsində millimiz fevralın 24-də Sinqapur yığması ilə qarşılaşmış və oyun 2:2 hesabı ilə nəticələnmişdi.

Azərbaycan-Hindistan matçından sonra millimizin baş məşqçisi Berti Foqts yığmamızın oyununa münasibət bildirib. "Bu gün bütün komanda yaxşı oynadı. Təki belə qələbələrimiz çox olsun. 3 qol vursaq da, daha çox fərqlənə bilərdik. Ancaq çoxlu qol imkanlarından yararlana bilmədik. Hücumda daha yaxşı oynamalıyıq. Güclü rəqiblərlə oyunlarda az səhv etməliyik. Çünki güclü rəqiblər səhvləri bağışlamır", - Foqts deyib.

Xatırladaq ki, Dubayda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün millimiz Hindistan komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.