“Hizbullah” təkzib etdi

hizbullah-tekzib-etdi
Oxunma sayı: 688

Təbriz İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi şəhəridir.

“Media forum” saytı “Amerikanın səsi”nə istinadla bildirir ki, noyabrın 3-də “Hizbullah Ənsarı”nın Şərqi Azərbaycan şöbəsinin saytında yerləşdirilən təkzibdə deyilir: “Möhtərəm Hizbullahi bacı və qardaşlarımıza çatdırırıq ki, aban ayının 13-ü (noyabrın 4-ü) Azərbaycanın baş konsulluğunun önündə nümayiş keçiriləcəyi barədə şayiələr yayılıb. Bu təşkilat belə bir aksiya keçirtməyəcək və “Hizbullah” bu barədə yayılan şayiəni təkzib edir”.

Noyabrın 4-ü İranda 1979-cu ildə ABŞ səfirliyinə edilən hücumun ildönümüdür və həmin gün İranda tələbə günü kimi qeyd edilir.

Ancaq “Amerikanın səsi” qeyd edir ki, “Hizbullah Ənsarı”nin Şərqi Azərbaycan şöbəsinin rəhbəri molla Ruhulla Becaninin Azərbaycan əleyhinə çıxışları təşkilatın saytında qalır. O, çıxışlarında Azərbaycan rəhbərlərinə qarşı ifadələr işlədir, xalqı din adına üsyana çağırır, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun və partiyanın başqa üzvlərinin həbsini pisləyir.

Ruhulla Becani Azərbaycan Respublikasının Təbrizdəki konsulluğunu casusxana adlandırıb və İran hökumətinin keçən il onların buraya hücum etmək planının qarşısını aldığını deyib. Becani söyləyib ki, onlar 2011-ci ildə Təbriz konsulluğu qarşısında aksiyalarını keçirəcəklər.