“Hökumət əhalinin yaşayış səviyyəsini nəzərə almır” – Bəyanat

hokumet-ehalinin-yasayis-seviyyesini-nezere-almir-beyanat
Oxunma sayı: 645

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, Tarif şurasının qərarı Azərbaycan əhalisinin yaşayış səviyyəsi ilə uyğun gəlmir. KXCP Tarif Şurasının son iclasında qiymətlərin artırılmasını xalqımızın sosial yaşam səviyyəsinə adekvat olmadığını və bu rejimin növbəti dəfə xalqın sosial problemlər içində yaşamasına biganəliyinin bariz nümunəsi olduğunu bəyan edib: “Hökumət dövlət qurumlarının qiymətlərin artırılması ilə bağlı müraciətlərinin müsbət cavablandırılmasından əvvəl əhalimizin xüsusilə də aztəminatlı ailələrin, tələbələrin və təqaüdçülərin yaşayış səviyyələri nəzərə almalıdır. Təəssüflər olsun ki, hökumət büdcə artımlarını növbəti dəfə onsuz da sosial problemlər içində boğulan xalqımızın minimum gəlirləri hesabına həyata keçirdi”.

KXCP hökuməti belə yersiz qiymət artırmalarından çəkinməyə çağırıb və aztəminatlı ailələrin sosial yardımlarını, pensiyaçılarımızın pensiyalarını da günün reallıqlarına, bazar qiymətlərinə uyğun artırmağa çağırıb, tələbə və təqaüdçülərin dövlətin nəzarətində olan nəqliyyat vasitələrindən pulsuz istifadə etmələrini tələb edib.