“Hökumət qəhrəmanlığından danışmağı xoşlayır”

hokumet-qehremanligindan-danismagi-xoslayir
Oxunma sayı: 653

“Qafqazinfo” xəbər verir ki, o Bundestaqda Xarici əlaqələr komitəsinin sədrinin müavini və Amerika-Almaniya əməkdaşlıq komissiyasının rəhbəri Hans Ulriç Klose, hakimiyyətdə olan Xristian Demokrat İttifaqı partiyasından deputat, xarici əlaqələr komitəsinin sədri Ruprecht Polenz, solçular fraksiyasının deputatları Dr. Barbara Höll və bu yaxınlarda Azərbaycanda olmuş Bundestaqın Xarici Əlaqələr komitəsinin üzvü Stefan Liebiçlə görüşüb. R. Quliyev görüşlərində müstəqillikdən sonra Azərbaycanda keçirilən seçkilərdən, onun saxtalaşdırılmasından danışıb. O, bildirib ki, ABŞ konqresində Azərbaycanda demokratiyanın vəziyyəti barədə dinləmələr təşkil edib konqresin qətnamə qəbul etməsinə çalışmaq niyyətindədir. Bildirib ki, ABŞ konqresinin diktatura və monarxiya tipli rejimlərlə qəti surətdə barışmayan kifayət qədər tanınmış konqresmenləri var və onlar bu işdə yardımçı olacaqlar. Həmçinin Avropa Şurası, Avropa Parlamenti və ATƏT-dən Azərbaycan hökumətinə saxtalaşdırmağın əleyhinə sərt qərarların qəbul olunmasına nail olmaq, BMT-də ölkələri təmsil edən səfirlərlə görüşüb demokratik seçkiləri və insan haqlarının müdafiəsi məsələsini ön plana çıxartmaq və Azərbaycan tipli ölkələrə əgər beynəlxalq normalara uyğun seçkilər keçirilməsə bu hökumətlərin qeyri-legitim olduğu elan ediləcək mesajını göndərmək, Azərbaycanın daxilində saxtakarlığın qarşısını almaq üçün müqavimətin vətəndaşlar tərəfindən kifayət qədər güclü olacağını özünü mütləq ağa hesab edən hökumətə göstərmək niyyətindədir.

Məlumatda bildirilir ki, Quliyevin görüşdüyü deputatların hamısı onun haqlı olduğu ilə razılaşdıqlarını və bu məsələlərdə Almaniya Bundestaqının dəstəyinin olacağına söz veriblər. Bu yaxınlarda Azərbaycanda olmuş Stefan Liebiçin Azərbaycanlıların hökumətdən narazı olduqları ilə razılaşsa da onlar eyni səviyyədə müxalifətdən də narazı olduqlarını bildirib: “Onun deməyindən belə başa düşüldü ki, Azərbaycan xalqı çox da ölkədə dəyişiklərin baş verməsini istəmir”.

Görüşlərdə həmçinin Dağlıq Qarabağ problemi, Gürcüstan və Rusiya münasibətləri, İranın siyasəti, Türkiyə və Ermənistan əlaqələri barədə müzakirələr aparılıb. Deputatlar Rəsul Quliyevdən Eurovisionun Azərbaycanda keçirilməsinə əngəl törətməyə, ondan hökumətə təzyiq vasitəsi kimi istifadə etməyə necə baxdığını, qərb ölkələrinin insan hüquqlarının pozulması ilə əlaqədar boykota çağırmaqla bağlı fikirlərini soruşublar. O, isə cavabında Eurovisionun Azərbaycanda keçirilməsində hökumətin heç bir rolunun olmadığını deyib: “Sözsüz ki, Azərbaycan hökuməti bu hadisəni özünün dahi xidmətlərinin hesabına baş tutduğunu camaata yedirtmək istəyir. Tək musiqi və incəsənətin inkişafına yox bir çox başqa məsələlərə əslində mane olan hökumət özünün qəhrəmanlığından danışmağı xoşlayır. Qeyd edir ki, onlar olmasaydı daha pis olardı. Onsuzda onların bu hadisənin fonunda özlərini qəhrəman göstərməklərinin ömrü bir neçə gündən artıq çəkməyəcək. Ona görə bu hadisəni boykot etməyi düzgün hesab etmir. Tarixdə belə hadisələr olub, məsələn Sovetlərin Əfqanıstanı işğal etdiyinə görə Olimpiyada oyunlarının Moskvada keçirilməsi boykot edilib. Ancaq Qərb ölkələrinin Eurovisionun Azərbaycanda keçirilməsi əsas vermir ki, hökumət indi və gələcəkdə insan haqlarını pozub yenidən saxta seçkilər keçirə bilər tipli bəyanatların əhəmiyyəti böyük olardı”.