Hökumətdən vətəndaşların xeyrinə önəmli qərar

hokumetden-vetendaslarin-xeyrine-onemli-qerar
Oxunma sayı: 668

Bu barədə bazar ertəsi hökumətin rəsmi saytında yerləşdirilən qərarında deyilir. Qərar imzalandığı gündən - cari ilin fevral ayının 17-dən qüvvəyə minir.

Qərar 2011-ci il mayın 15-də təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"na və 2005-ci il fevralın 2-də təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"na dəyişikliklərin edilməsini nəzərdə tutur. Dəyişikliklərə əsasən, həmçinin sənaye qaz qurğusundan istifadə edən istehlakçıya yazılı bildiriş verilmədən qazın verilişi, istehsalat müəssisələri, dəmir yolu nəqliyyatı, şəhər nəqliyyatına elektrik enerjisinin verilişinin dayandırılması qadağan edilib.

Bununla əlaqədar olaraq, operatorlar və istehlakçılar arasında müqavilələrə qanunsuz qaz, elektrik xətlərinin kəsilməsini və yazılı bildiriş olmadan qazın və elektrik enerjisinin dayandırılmasını qadağan edən müvafiq bənd daxil ediləcək.

Trend