Hökumətdən Xədicə İsmayılova ilə bağlı ikinci açıqlama

hokumetden-xedice-ismayilova-ile-bagli-ikinci-aciqlama
Oxunma sayı: 641

“Qafqazinfo” xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Şöbə müdirinin sözlərinə görə, kimin tərəfindən törədilməsindən asılı olmayaraq, baş vermiş bütün belə hallarla bağlı müvafiq orqanlar ciddi tədbir görməlidir və görür: “Şəxsi həyatın toxunulmazlığı fundamental insan hüquqlarından biridir. Bu hüququ pozanlar qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb olunmalıdırlar. Jurnalist Xədicə İsmayılovanın məsələsinə gəldikdə isə, deyə bilərəm ki, biz bu halı pisləyirik və vəzifəsindən, sosial statusundan asılı olmayaraq insanlara qarşı belə davranışı yolverilməz hesab edirik. Hazırda məsələ ilə əlaqədar müvafiq orqanlar tərəfindən araşdırma aparılır və nəticə barədə əlavə məlumat veriləcək”.