“Hökumətlər internetdən qorxmamalıdır” - Mövqe

hokumetler-internetden-qorxmamalidir-movqe
Oxunma sayı: 648

O, bunu Vaşinqtonda “Turan”ın müxbiri ilə söhbətində deyib.
Dunya Miyatoviç Azərbaycan da daxil olmaqla, ATƏT regionunda medianın çətinləşən durumunu ABŞ rəsmiləri ilə müzakirə edib.
O, söz və internet azadlığının boğulduğu Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ölkələrin rəsmilərinə media əhlini susdurmağa sərf etdikləri enerji və maliyyə imkanlarını ictimai təhsilə və cəmiyyəti məlumatlandırmağa yönəltməyi tövsiyə edir: «Bəzən mənimlə görüşən prezidentlər və xarici işlər nazirləri mənə jurnalist olmayan bloqçuları müdafiə etdiyimi irad tuturlar və məsləhət görürlər ki, o bloqçulara necə yazmağı öyrədim. Amma hər kəsin öz işi var. Şəxsən mən öz mandatıma görə cavabdehəm».
Miyatoviç qeyd edib ki, hökumətlər internetdən qorxmamalıdır, əksinə ona cəmiyyətin güzgüsü kimi baxmalıdırlar. O, təəssüflə bildirib ki, ATƏT boyunca söz azadlığını boğan hakimiyyətlər «ərəb baharı» dərslərini düzgün anlamayıblar. Belə ki, onların hədəf aldığı insanlar inqilab edən yox, internetdən sadəcə öz fikirlərini ifadə etmək üçün platforma kimi istifadə edənlərdir.
Miyatoviç xatırladıb ki, Finlandiya və Estoniya kimi dövlətlər internet azadlığını öz konstitusiyalarında təsbit etdiyi bir halda, Azərbaycanda vətəndaşlar bu azadlıqdan bəhrələnmək istəyərkən həbs olunurlar.
Dunya Miyatoviç Vaşinqtona səfəri çərçivəsində Corc Vaşinqton Universitetiinin tələbələri qarşısında ATƏT ölkələrində təqiblərə məruz qalmış İnternet istifadəçiləri və jurnalistlər barədə məruzə edib. Çıxışının böyük hissəsini Azərbaycanda vəziyyətə, əsasən bu yaxınlarda azadlığa çıxmış Eynulla Fətullayev, Adnan Hacızadə və Emin Milliyə həsr edib.