Hollivudda “Əli və Nino” filmi çəkiləcək

hollivudda-eli-ve-nino-filmi-cekilecek-
Oxunma sayı: 643

Qafqazinfo xəbə verir ki, bu barədə APA “Hollywood Reporter” nəşrinə istinadən məlumat yayıb. Məlumata görə, Oskar mükafatı laureatı Kristofer Hempton Azərbaycan əsərinin teleekran versiyasının ssenarisini hazırlayacaq. Britaniyanın “PeaPie Films” şirkəti filmin çəkilişinə dair müəlliflik hüququ əldə edib və yaxın zamanlarda müvafiq işlərə start veriləcək.

Kristofer Hempton “Əli və Nino” əsərinin təsirindən uzun müddət çıxa bilmədiyini deyib: “Kitabı oxuduğum andan mən bu əsərin neçə gözəl ərsəyə gətirildiyinə valeh oldum və onun ilk dəfə dərc edildiyi vaxtda olduğu kimi indi də aktuallığını və əks-səda yaratmaq qabiliyyətini saxladığının şahidi oldum”.

Xatırladaq ki, Kristofer Hempton “Təhlükəli əlaqələr” (Dangerous Liaisons) əsərinin teleadaptasiyasına görə 1988-ci ildə Oskar mükafatına layiq görülüb.