Hovuzda boğulan 2 yaşlı körpənin anası intihar etmək istədi

hovuzda-bogulan-2-yasli-korpenin-anasi-intihar-etmek-istedi
Oxunma sayı: 650

Ucar Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, bu gün saat 13.30 radələrində rayonun Qaracallı kənd sakini, 2 yaşlı Həbibullayev Ramin Zaur oğlu həyətdə oynayarkən su hovuzuna düşərək boğulub.

Baş verənlərdən stress keçirən R. Həbibullayevin anası, 1986-cı il təvəllüdlü Həbibullayeva Sevil Vaqif qızı özünü zəhərlənmək məqsədilə dərman içib. O, Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.