Hülusi Kılıç: “Bu regionda ədalətsizlik var”

hulusi-kilic-bu-regionda-edaletsizlik-var
Oxunma sayı: 650

Bunu, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıç bildirib . “Qafqazinfo”nun məlumatına görə, səfir prezidentlərin görüşünə münasibət bildirərkən deyib ki, Rusiyanın Kazan şəhərində baş tutacaq Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşündən irəliləyiş gözləyir. “Bu regionda ədalətsizlik var. İnsanlar illərdir ki, öz yurd-yuvalarından didərgin düşüblər”. Hulusi Kılıç münaqişənin həllinə köməklik edən ölkələrə də minnətdarlıq edib. O deyib ki, başda Rusiya prezidenti D. Medvedev olmaqla bu prosesə dəstək olan bütün ölkələrə minnətdardır.

O əlavə edib ki, “deyirlər ki, münaqişənin həllinin vaxtı çatıb, amma mən deyirəm ki, onun həllinin vaxtı çoxdan keçib. Bizə deyirlər ki, sərhədləri açın. Bu sıra ilə olmalıdır. Əvvəlcə münaqişə həll olunmalıdır, sonra sərhədlər açıla bilər.”

Nərgiz Ehlamqızı