Hulya Avşara dəhşətli faciə üz verdi

hulya-avsara-dehsetli-facie-uz-verdi
Oxunma sayı: 693





Türkiyənin Ərzincan vilayətində baş vermiş ağır yol nəqliyyat qəzasında 5 nəfər faciəvi şəkildə ölüb. Türkiyə mətbuatı xəbər verir ki, ötən gün yerli vaxtla saat 17.00-də (Bakı vaxtıyla 19.00) baş vermiş qəzada ölənlər məşhur aktrisa və tele-aparıcı Hülya Avşarın qohumlarıdır.


Qeyd edək ki, İstanbuldan Ərdaxana gedən, Kənan Avşarın idarə etdiyi avtomobil Ərzincan-Sivas magistral yolunun 19-cu kilometrliyində Qarsdan İstanbula gedən sərnişin avtobusu ilə toqquşub. Avtomobildə olan Yasin Avşar, Fatma Avşar, Dilək Avşar, Bayram Kılıç və sürücü hadisə yerində keçinib. Mülki müdafiə dəstəsinin əməkdaşları mərhumların cəsədini əzilmiş avtomobildən ancaq yarım saatda çıxarda bilib. Cəsədlər Ərzincan dövlət xəstəxanasının morquna aparılıb.