Hülya Avşara edilən xəyanət yenidən gündəmdə

hulya-avsara-edilen-xeyanet-yeniden-gundemde
Oxunma sayı: 645

Çilingiroğlu qonaq olduğu şou-proqramda Hülya Avşarı indiki həyat yoldaşı ilə dəfələrlə aldatdığını, indiki xanımını isə heç vaxt aldatmadığını deyib.

Bu sözlərdən sonra diqqət Hülya Avşara yönəlib. Hülya da bu etirafı cavabsız qoymayıb. O, saytlardan birində Kaya Çilingiroğluna meydan oxuyub. Məşhur aktrisa "Xəyanət aslanın mədəsində" adlı yazı ilə Çilingiroğlunun bostanına daş atıb. Avşar texnologiyanın inkişafı ilə əlaqədar kişilərin artıq arvadlarını aldatmasının çətinləşdiyini yazır: "Facebook, Twitter, mobil telefon və təhlükəsizlik kameraları olmayanda, qadınlar rahat idi, kişilər də etdiklərini inkar edirdi. İndi isə dərhal dəlil-sübutu adamın qarşısına qoyurlar. Bu da çətin olduğuna görə yerində oturacaqsan", - deyə Hülya Avşar öz cavabında bildirib.