Hüseyn Abdullayevə ad günü hədiyyəsi - Foto

huseyn-abdullayeve-ad-gunu-hediyyesi-foto
Oxunma sayı: 868

“Qafqazinfo”nun məlumatına görə, bəstəkar üçün ən yadda qalan hədiyyə NEXT qrupunun ifasında illər öncə yazdığı mahnını fərqli tərzdə eşitməsi olub. Belə ki, vaxtı ilə müğənni Röyanın ifasında səslənən “Dön gəl” mahnısını NEXT Türkiyədə hazırlanmış yeni versiyada oxuyub.

Ukraynada hazırlanan yeni alboma daxil edilən “Dön gəl” mahnısı artıq dünəndən etibarən radio dalğalarında səslənir. Qısa müddətdə ajiotaj yaradan “Dön gəl”in yeni versiyası bəstəkar Hüseyn Abdullayev tərəfindən də müsbət qarşılanıb.

“NEXT” qrupunun ifasında uzun illər bundan öncə yazdığım mahnını fərqli tərzdə dinlədim. Bu mənim üçün ən gözəl hədiyyə idi. Həyatımın özəl məqamlarından birində yazdığım “Dön gəl”i NEXT-in ifasında dinləyərkən həmin anları xatırlayıb, o günlərə qayıtdım. Onlar bu ifaları ilə diqqətimi cəlb edə bildilər. Bu o deməkdir ki, bugünkü gənclərdə bu bacarıq var. Məncə, bu ifa dünya səhnəsinə çıxmaq üçün bir işarədir. “Dön gəl”ə “NEXT”in ifasında qulaq asdıqdan sonra düşündüm ki, bunlar üçün yeni mahnılar yazmaq lazımdır ki, dünya arenasında da səslənsin” – deyə bəstəkar bildirib.

Nigar