Hüseyn Dərya keçmiş həyat yoldaşını səhnəyə buraxmayacaq

huseyn-derya-kecmis-heyat-yoldasini-sehneye-buraxmayacaq
Oxunma sayı: 649

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, o, bunu yerli telekanallardan birinə bildirib. Ailədə bir nəfərin oxumalı olduğunu düşünən repçi deyib:

"O, müğənnilik etmək arzusunda olduğunu mənə bir neçə dəfə deyib. Amma onun səhnəyə çıxmasına imkan verməyəcəyəm. Mənim icazəm olmadan bir neçə dəfə efirə çıxıb. Bilsəydim, qarşısını alardım. Bilirəm ki, bunu qəsdən, mənim acığıma edir. Ayrılsaq da, övladımın anasıdır. Odur ki, evdə oturaraq oğlumuzun tərbiyəsilə məşğul olmasını istəyirəm. Onlara bacardığım qədər kömək edəcəyəm. Bilirəm ki, o, heç vaxt məni unuda bilməyəcək".

Qeyd edək ki, H.Dərya klip çəkilişi zamanı tanış olduğu fanatı ilə evlənmişdi.