Hüseynbala Mirələmov qətl törədən qardaşı oğlundan danışdı

huseynbala-mirelemov-qetl-toreden-qardasi-oglundan-danisdi
Oxunma sayı: 1041

“Qafqazinfo” xəbər verir ki, o, “Bizim yol” qəzetinə açıqlamasında baş vermiş hadisədən şok keçirdiyini bildirib. Hüseynbala Mirələmov baş verənlərlə bağlı bunları deyib: “Mən bu hadisədən sonra hələ də şok içindəyəm… Gecə saat 3 radələrində oğlum Fərid zəng edib mənə dedi ki, Rəşad belə bir hadisə törədib. Mən dərhal hadisə yerinə getdim, amma artıq gec idi – meyit ortalıqda idi.

Hadisəyə qiyməti istintaq verəcək. Amma qardaşım oğlu olsa da, deyim ki, o, “prestupnı mir”in (“cinayət aləmi”nin – red.) qanunları ilə yaşayır. Əvvəllər də iki dəfə məhkum edilib. Ölən də əvvəllər məhkum edilib. Aralarında problem olub. “Razborka” üçün “1001 gecə”ni seçiblər. Bu, başqa bir yer də ola bilərdi. Başqa heç nə deyə bilmərəm. Hadisəyə hüquqi qiyməti istintaq verəcək”.

Xatırladaq ki, iyulun 17-də saat 03-00 radələrində Səbail rayonu, Salyan yolu 32 saylı ünvanda fəaliyyət göstərən "1001 gecə" istirahət mərkəzində Mirələmovun qardaşı oğlu - Mirələmov Rəşad Əlirza oğlunun odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlunun döş qəfəsindən və İmişli rayon sakini Mənsimov Səməd İbadət oğlunun isə qolundan güllə yarası alıb. Ramal Bayramov aldığı xəsarətdən vəfat edib. Mirələmov Rəşad həbs edilib.