Hüsnü Mübarək dəfninə hazırlıq görür

husnu-mubarek-defnine-hazirliq-gorur
Oxunma sayı: 688

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Misirdə nəşr olunan “Roz əl-Yusef” qəzeti yazıb.
Qəzet yazır ki, Mübarək Misirdə parlament seçkilərinin birinci turunun nəticələrindən çox kədərləndirib. Qəzetin məlumatına görə, müsəlmanların parlament çoxğluğunu qazanmasından sonra ölümünün yaxınlaşdığını hiss edən keçmiş diktator arvadına dəfn hazırlıqlarına başlamağa və öz hesabına ailə məqbərəsini bərpa etməyi tapşırıb.
Məlumatda bildirlir ki, Suzan Sabit ərinin bu xahişindən son dərəcə narahat olub və Mübarəkdən bu haqda düşünməməyi xahiş edib. Qəzet aydınlaşdırıb ki, keçmiş diktatorun ailə məqbərəsində təmir işləri 50 min Misir funtuna (təxminən 10 min dollar) başa gələ bilər.
Misir diktatorunun ailə məqbərəsi 120 kvadrat metr sahədə bahalı qranitdən düzəldilib. Bu məqbərədə beş nəfər dəfn oluna bilər.