Biberin xanımı Qomezə əsəbiləşdi - “Ərimdən uzaq dur!”

biberin-xanimi-qomeze-esebilesdi
Oxunma sayı: 1740

Kanadalı pop ulduz Castin Biberin xanımı Heyli Bolduinlə keçmiş sevgilisi Selena Qomez arasında yaranan gərginlik daha da alovlanıb. “Qafqazinfo” xəbər verir ki, müğənninin Selena ilə mesajlaşması Heylini özündən çıxarıb. 

22 yaşlı model Qomezlə əlaqə saxlayaraq ərindən uzaq durmasını tapşırıb. “Radaronline” yazır ki, Heylinin etirazına Selena gülərək reaksiya verib.

Cütlüyün yaxın dostları mətbuata bildirib ki, Selena Castinin bir gün ona qayıdacağını düşünür və pop ulduzla əlaqəsini bitirmir.