Bibiheybətdə də torpaq sürüşdü, divar uçdu - Video + Fotolar

bibiheybetde-de-torpaq-surusdu-divar-ucdu
Oxunma sayı: 5496

Bakıda divar uçub.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə 20-ci sahədən Bibiheybətə gedən yolda baş verib.

Bibiheybət məscidinin yaxınlığında yerləşən qəbiristanlığın istinad divarı uçaraq yola tökülüb.

Torpaq sahəsinin də bir hissəsi sürüşüb. Hazırda ərazidə bərpa işləri aparılır.

Sözügedən yol Azərbaycan Avtomobil Yollarının balansındadır, hazırda qurumun işçiləri hadisə yerinə gəlib. Yola tökülən dağıntıları təmizlənməsinə başlanılıb. Yolun sağ hissəsində hərəkət qismən məhdudlaşırılıb

***

Aşan hasarın üstündə yaşayış evləri var. İlkin məlumatlara görə, evlərə heç bir ziyan dəyməyib.

Bildirilir ki, kanalizasiya trubasını sakinlər özləri çəkib və bütün axıntı ətrafa tökülürmüş.

Murad Əhməd

Fotolar: Pərvin Zeynal