Bibiheybətdə hesabat yığıncağı - Fotolar

bibiheybetde-hesabat-yigincagi
Oxunma sayı: 1232

Səbail rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbə nümayəndəliyi 2017-ci ilin yekunlarına həsr olunmuş illik hesabat yığıncağı keçirib.

İH-dən “Qafqazinfo”ya verilən məlumata görə, rayon rəhbərliyi, təsərrüfat xidmətlərinin nümayəndələri və qəsəbə sakinlərinin iştirakı ilə keçirilən toplantıda Bibiheybət üzrə nümayəndə Şahin Ağayev bildirib ki, qəsəbədə hazırda 2335 nəfər əhali yaşayır, 370 nəfər məcburi köçkün məskunlaşıb: “Ötən il Salyan yolu küçəsi boyunca dağılmış istinad divarları bərpa edilmiş, yararsız vəziyyətə düşmüş kanalizasiya xətti yenilənib. “Dostluq parkı”ndan Lökbatan dairəsinə kimi ərazidə yaşıllaşdırma işləri aparılıb. Qəsəbə nümayəndəliyinin inzibati binası təmir olunub, həmçinin  “Dostluq parkı” və “Şıx” sanatoriyası ərazisində gündəlik təmizlik və abadlıq işləri aparılır. “Şıx” yamacında yaradılan «Ekoloji park»dakı işlərə gündəlik nəzarət olunur”.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev çıxış edərək 2017-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib: “Ölkə başçısının tapşırıqlarına əsasən  Səbail rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcək”.