“Bibiheybətdə oğurluq olub”

bibiheybetde-ogurluq-olub
Oxunma sayı: 646

Mühafizəçi hadisə ilə bağlı ərazinin polis bölməsinə müraciət edildiyini və araşdırma aparıldığını qeyd edib: “Bir neçə nəfər polisə dəvət olunub. Amma məsələnin sonrakı gedişindən xəbərimiz yoxdur”.

Martın 2-də “İslamazeri.az” saytının baş redaktoru Ramin Bayramov və jurnalist Pərvin Zeynalov Səbail rayonu ərazisində yerləşən 8-ci polis bölməsinə aparılıb. Pərvin Zeynalov “Media forum”a açıqlamasında polis bölməsinə məsciddə baş verən oğurluq hadisəsi ilə bağlı aparıldıqlarını desə də, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə jurnalistlərin oğurluq faktına görə dindirildiklərini təsdiq etməyib. Nazirliyin rəsmisi “Media forum”a açıqlamasında məsciddə oğurluq olması faktını təkzib edib, jurnalistlərin polis bölməsinə cəlb edilməsini özlərini şübhəli aparmaları ilə əlaqələndirib.