Bibiheybətdə tarix konfransı keçirilib

bibiheybetde-tarix-konfransi-kecirilib
Oxunma sayı: 627

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta  ümumtəhsil məktəblərində Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən  «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda elmi-praktiki konfranslar başa çatmaq üzrədir. Azərbaycan tarixinə hərs olunmuş daha bir şagird konfransı Səbail rayonu Bibiheybət qəsəbəsindəki 50 saylı orta məktəbdə təşkil olunub.

Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, 50 saylı məktəbin direktoru Sədaqət Həsənova bildirib ki, həm bir gənc öz tarixini dərindən bilməli və öyrənməlidir: “Ulu öndər Heydər Əliyev hər zaman tariximizi dərindən öyrənməyi yeniyetmə və gənclərə tövsiyə etmişdir”. 

Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri müavini İsrafil Kərimov qeyd edib ki, keçən il ilk dəfə keçirilən konfransların nəticəsi kimi məktəblilərin hazırladıqları referatlardan ən yaxşıları seçilərək kitab şəklində buraxılmış və məktəblilərin özləri və rayon ictimaiyyətinin iştirakı ilə Milli Azərbaycan Tarixi Muzeyində təqdimatı keçirilib. Həmçinin RİH tərəfindən bu işlərin ənənəyə çevrilməsi bu il də növbəti konfransların yekunu kimi yeni kitabın buraxılması da qərara alınıb. 

Müəllim və şagirdlər çıxışları dinlədikdən sonra müəlliflərə müxtəlif suallar verib, şagirdlərin istifadə etdikləri mənbələrlə maraqlanıblar. 

Konfransın yekununda referatların ən yaxşılarının ümümrayon konfransına və yeni çap olunacaq kitaba daxil olunmaq üçün  təqdim edilib.