Bibisini öldürənə 18 il hökm oxundu

bibisini-oldurene-18-il-hokm-oxundu
Oxunma sayı: 870

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bibisini baltalayaraq öldürməkdə təqsirləndirilən Vüsal Şıxəliyevə cəza istənilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə V.Şıxəliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.  

İttihama görə, Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan  1994-cü il təvəllüdlü V.Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb. V.Şıxəliyev bibisini namus üstündə öldürdüyünü deyib. 

Murad Əhməd