İbrahim Tatlısəsdən yeni xəbər var

ibrahim-tatlisesden-yeni-xeber-var
Oxunma sayı: 633

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən əldə etdiyi məlumata görə, müğənninin həkimi Köksal Holoğlu Tatlısəsin iflic olan sol qolunu kompyuter oyunu ilə sağaltdıqlarını deyib.
Holoğlu, “İsveçrədən gələn “Armeo-Spring” adlı qol robotu kompyuterə qoşuludur. Ekranda bir futbol oyunu var. Tatlısəs oyunda qapıçıdır. Qapıya gələn topları iflic olmuş sol qolunu hərəkət etdirərək, tutmağa çalışır. Bu müalicə üsulu Türkiyədə ilk dəfə tətbiq olunur”, -deyə bildirib.