İbrahim Tatlısəsin ailəsində faciə baş verdi

ibrahim-tatlisesin-ailesinde-facie-bas-verdi
Oxunma sayı: 652

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Tatlısəsin 80 yaşlı qohumu Rizvan Rizvanoğlunun birlikdə yaşadığı 35 yaşlı Fahriye Arslan isə ölüb.

Sinələrindən bir güllə yarası aşkar edilən cütlüyün evindən bir tapança tapılıb. Polis cütlüyün birinin qəzəblənərək o birini vurduğunu, sonra intihar etməsi ehtimalı üzərində dayanır.

Hadisə bu gün səhər baş verib. Xəstəxanaya çatdırılan Rizvan Rizvanoğlunun həyatını xilas etmək mümkün olmayıb.

İbrahim Tatlısəs baş verən hadisə ilə bağlı mesaj yayıb: “Ailəmizin böyüyü və başçısı olan sevimli əmim Hacı Rızvan Rızvanoğluna v rəhmətlik həyat yoldaşına Allahdan rəhmət, yaxınlarına, ailəsinə, digər əmilərimə başsağlığı və Allahdan səbir diləyirəm”.