“İbrahimbəyovun göz oxşayan villasında oturan o ziyalıların...” - Müsahibə

ibrahimbeyovun-goz-oxsayan-villasinda-oturan-o-ziyalilarin-musahibe-
Oxunma sayı: 713


Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin “Qafqazinfo”ya müsahibəsi:



- Elşən müəllim, parlament seçkilərindən sonra sanki qeybə çəkilmisiniz?

Yox, belə deməzdim. Hər zamankı kimi siyasi səhnədəyəm. Sadəcə mediatik kompleksim yoxdur.Və müsahibələrimin birində də söyləmişdim ki, mən, quş qripindən tutmuş avroatlantik məkana inteqrasiyaya qədər hər şeyə münasibət bildirən siyasətçi tipinə sahib deyiləm.


- Hər halda bu günki aktivliyin və parlament seçkilərindən sonra uzun müddətli sükutu pozmanın ciddi bir səbəbi olmalıdır…

- Məncə siyasətdə səbəb faktoru hər zaman zərurət anlayışının fövqündə durur. Bu baxımdan məni hər zaman danışdıran da, dindirən də hal-hazırda mətləbi üzərinə gətirdiyim həmin zərurətdir. Üstəgəl, mən boş deyil, qarışıq meydanı sevən biriyəm.Siyasət aşiqi ilə siyasi kamikadzeliyin də fərqini çox gözəl anlayıram. Şəxsim üçün dövlətçiliyi, Prezidenti və təbliğatçısı olduğum iqtidarı qorumağın kriteriyaları da öz çizdiyim hüdudlarla müəyyənləşir. Mənim anlamımda İlham Əliyevi müdafiə etmək, dəm-dəstgahlı, bərli-bəzəkli bəyənatlar, açıqlamalar verməklə məhdudlaşmır. Çünki siyasətdə əsas şərt müdafıə deyil, o müdafiənin sanballı və inandırıcı olmasıdır. Məsələn, bu iqtidarın adından elə bir insanı yürüdülən siyasətin təbliğatına yönəltmək olar ki, anındaca aləmi qatar bir-birinə,əksinə müxalifətin resurslarını artırar. Odur ki, Prezidentini, hakimiyyəti müdafiə edəcəksənsə çıx meydanda et!. Canlı yayımda, hətta müxalifətin öz mətbuatında, rəqibin meydanında et! Fəqət, getdiyin yolun adına layiq bir şəkildə et!.Doğrularına əksəriyyəti inandıra biləcək bir şəkildə et! Yox əgər bütün bunları bacarmırsansa ,bacarmayacaqsansa o zaman yürütdüyün siyasət xobbi səviyyəsindən üzü o yana keçə bilməyəcək.
Qısaca mənim anlamımda siyasətçi o şəxsdir ki,siyasətin özünün belə zövqünü oxşaya bilsin.


- Zaman-zaman müxalif qüvvələrə qarşı ən aqressiv davrananlardan biri də Siz olmusunuz…

- Olmusunuz yox,varam..! Çünki, bəzən hisslər tarıma çəkilir. Çünki mən özümü əsl Heydər Əliyevçi hesab edirəm.Çünki mənim həyat fəlsəfəmdə olduğu kimi,siyasi fəlsəfəmdə də”nə əldən qoymaq-nə yardan doymaq”prinsipi və eyni anda 50 məssəbə qulluq etmək ənənəsi yoxdur.Bir sifətim var.O sifət gözəldirsə də,eybəcərdirsə də,haqlıdırsa da,səhvdirsə və hər nədirsə də bir sifətdir.Hər zaman getdiyim yolun yalnışlarına da,doğrularına da cavabdeh olan biriyəm.Əsas hədəfimsə qeyri-peşəkarlardır.Hər seçkidə onun-bunun köynəyini geyinib,bayrağını tutub ortada meydan sulamağa cəhd edənlərdir.Ərəb baharı,Afrika yayı,Junqliya payızı ilə qurrələnib özləri bir işə yarımayanlardır.Mən,mətbuata bütün açıqlamalarımda da ilk olaraq haqqında danışdığım həmin insanların qeyri-peşəkarlığını,qarışqadan fil düzəltmək üçün”sino”gedən mahiyyətini ortaya qoymağa çalışmışam.Çünki kənardan gələn klarnet səsini qara zurna zənn edib ortada o baş-bu baş süzənlər gec də olsa anlamalıdır ki,Azərbaycanın taleyi nə hansısa ölkənin,nə də hansısa təşkilatın diktəsi,məsləhəti,rəyi ilə formalaşmayacaq.Hər nə qədər züy tutan varsa,olacaqsa hamısının zurnasını ağzında qoyacayıq.Nəfəsləri kəsilənə qədər!


- “Züy tutanlar”kateqoriyası özümüzkülərəmi aiddir yox,xarici təsirlərə?

- Xaricdəkilər oynanan rəqslərin xareoqrafiyasını,başlayıb-bitmə anını,ən nəhayətsə notunu müəyyən edirlər.Züy tutanlar isə öz içimizdəki dağıdıcı qüvvələrdir.Öz də onlar üçün notun mahiyyəti elə də önəmli deyil,”Do”ya da,”Re”ye də,”Mi”yə də maşallah eyni məharətlə oynayırlar


- Bəs sizcə həmin haqqında danışdığınız xarici qüvvələr Azərbaycan müxalifətin timsalında siyasi proseslərə təsir edəcək gücdədirlərmi?

- Bizim,özünü radikal qanad adlandıran müxalifətimiz bu iqtidara olan kinini,intiqmını gerçəkləşdirçək üçün buraxın xarıcı güvvələri,təklif olsa şeytanla da ittifaqa girərlər.Amma məsələ burasındadır ki,bunlar Azərbaycan xalqının diqqətini nə cür cəlb ediblərsə,həmin xarici qüvvələrin etimadını da elə o cür cəlb edə biliblər.Bu konteksdə sualınız reallıqdan tam uzaq bir təsir bağışlayır.Çünki hətta hər hansı qarşıdurmanı,təxribatı həyata keçirmək üçün belə,diapozonlu xəttlə işləmək lazımdır.Bizim müxalifətimizin insan resursları isə öz qəzetlərində işləyən müxbirlər və bir də onların qohum-əqrabalarından o yana keçmir.
Bu gün özünü İctimai Palata adlandıran qüvvə-hərçənd tamamən siyasiləşmiş olan qurumun bu əndrabadi adıının özü də ayrı müzakirə mövzusudur- hansı idealogiyanı təbliğ edir?.Diqqət edin,ortada tək bir mövqe var:Bu iqtidara düşmən olan bizim dostumuzdur.Vəssalam.Hər kim olursansa ol,yetər ki bu iqtidarı sevmə.Yəni nisbi anlamda dostun mahiyyəti,qabiliyyəti,keyfiyyəti araşdırma pridmetinə çevrilmir.Tək etallon mövcud hakimiyyətə qarşı amansız,aqrresiv münasibət sərgiləməkdir.Bir az daha dünyagörüşü,loyal xətti olan müxalif qüvvələrə isə”iqtidara satılmış”damğası vurulur.Amma heç fəqrqinə varmırlar ki,məsələn bu cəmiyyətdə bir az nüfüzü olan adam öz övladına toy edərkən məclisinə rahatca min nəfər yığa bildiyi halda,20 il siyasətlə məşğul olan birisi mitinqinqinə 100 adam gətirə bilmir.Ümumiyyətlə tarixin özünün də müxalifətə yönəlik ritorikası var:Bir siyasətçi 20 il müxalifətdəmi qalar?. Və ya 20 il müxalifətdə qalan birisinə siyasətçimi deyilər?


- Amma radikal müxalifət haqqında eyni fikirləri bu iqtidara yeni bir savaş açdığını iddia edən Rəsul Quliyev də bölüşür…

- Biz bu fikirləri vəziyyətin anormallığı fonunda bölüşüşrük,Rəsul Quliyevsə şəxsi intriqaları fonunda.Bu adam Azərbaycan siyasətində fikir dəyişdirmə məsələsində hətta İsa Qəmbərə,Əli Kərimliyə belə, 5 təpik vuracaq siyasətçidir.O nə isdəyini bilməyən çox nadir nüxsədir və Ziyalı Forumundakı bəzi şəxslər yalnız vaxtı olanda ziyayılıq etdikləri kimi,Rəsul müəllim də ancaq könlü çəkəndə siyasətçi olmağa qərar verir.Bu adam özünü 2005-də o boyda həngamədən sonra yarı yoldan qayıdarkən ”yandırdı”.Yanan nəyinsə kül olması məntiqəuyğundur,ama külün dönüb yenidən nəsə olması…………. Bax bu çətin məsələdir.


- Ziyayılar forumu demişkən…Bu qurum ən son toplantısını gənclərə həsr edib.

- İlk öncə ondan başlayım ki,əslində Eldar Namazovun komandası olan Ziyalılar forumunun bəlkə də ən son müraciət etməli olduğu mövzü elə gənclər mövzusu idi.Çünki İbrahimbəyovun göz oxşayan villasında oturan o ziyalıların və ümumilikdə bu gün adını müxalifət lideri qoyanların demək olar ki hamısının övladı dünyanın ən bahalı universitetlərində təhsil alıblar.Öz də gileyləndikləri müxalifətçilik həyatları ilə.
Porodoks da budur.Başqalarının balaları meydanlara çıxıb,qanunları pozub,həbs edilib,bunlara xaricdən qrant qazandırmaq üçün gərəkdir.Öz övladları isə pambıq içində böyümək üçün....
Onların gənclərlə bağlı səmimiyyətinə kim inanar ki?


- Bəs siz ümumilikdə Azərbaycan gəncliyinin qütbləşdiyi qənaətini bölüşürsünüzmü ?

- Qətiyyən!.Ələxsus da əgər söhbət siyasi meydandakı mübarizədən gedirsə o zaman ”Azərbaycan gəncliyi”,”Azərbaycan orta yaşlısı”,”Azərbaycan ahılı”kimi bir təsnifatı qəbul etmirəm və əsla da belə bir məntiqi bölüşə bilmərəm .Çünki,haqqında danışdığımız meydanda bayaq da söylədiyim kimi ya peşəkarlar var,ya da qeyri-peşəkarlar.Vəssalam.
2-ci qrupun təmsilçiləri isə meydanda qalmaq naminə buraxın qutbləşməni,ağıllarına gələn hər şeyi gözə almağa hazırlar...


- Amma müxalif cəhbə bütün prosesləri gənclik üzərindən həyata keçirməyə çalışdığını və onları artıq ön plana çıxardığını açıqca sərgiləməkdədir….

- Bu ölkədə hər kəs əmin olsun ki,Azərbaycanın mövcud radikal müxalifəti öz müxalifətçilik tarixinin yaranışından bəri ”ön plan”sindormu,kopleksi yaşayıb.Hamı hər şeyə və hər yerə bir-birinin üzərindən atlamağa çalışıb..Heç o insanları birləşdirən ümumi siyasi maraqlar belə aralarındakı hansısa ideyanı,təşəbbüsü təmərküzləşdirə,ortaq məxrəcə gətirə bilməyib.Odur ki bu insanların siyasi leksikonunda və əməli fəaliyyətində ”ön plan”deyə bir şeyin olmadığına hər kəs inansın.Olsa-olsa “qurbanlıq plan”anlayışı olar,onun da gənclik adlna ən “parlaq” nümunəsi Ruslan Bəşirlidir.


- Gənclərin social şəbəkələrdə”11 mart aksiyası”ilə bağlı apardıqları təbliğat barədə də düşüncələrinizi paylaşmanızı istərdik..

- Keçən il eyni tarixdə və məzmunla keçirilən 11 mart aksiyası ilə bağlı internetdə axtarış verin,ordakı məlumatlardan bu sualın cavabını tam təfsilatı ilə alacaqsınız.
Gerçək anlamda isə bu təbliğat,anons deyil,bunun bir tək adı var,o da özünüifşadır.Və məncə o binəva insanların nəhayət anlaması gərəkdir ki,3-5 adamla hərəkat yaratmaq bir yana qalsın,heç qonaqlıq,banket vermək mümkün deyil.Bu işi təşkil edənlərin cəsarətləri varsa o zaman yazı masalarına,sosial şəbəkələrdəki “qəhrəmanlıq”səlnamələrinə bir azca fasilə verib,gözlərindən 3 D eynəklərini də çıxarıb real,canlı meydana buyursunlar..Hər halda nə siyasi meydandakı politra sadəcə onların gördükləri,görə bildikləri və ya görmək istədikləri rənglərdən ibarətdir,nə də bu gün gerçək Azərbaycanda hansısa fantaziyaların,nağılların gerçəkləşməsi üçün zəmin var.Azərbaycan həmin insanların niyyətlərinin tam əksi olaraq əmin əllərdədir və biz bu əminliyə şübhə edənləri hələ uzun illər öz şübhələri ilə baş-başa buraxmağa qərarlıyıq.


- İsa Qəmbərin Evrovision açıqlamaları ilə fikrləriniz də maraqlıdır...


- Mən bu məsələ ilə bağlı iki gün öncə Kaspi qəzetində geniş bir yazı ilə çıxış etmişəm...Və bir daha fikrimin əsas qayəsini xatırlatmaq istəyirəm ki,bir zamanlar prezident seçkilərində 20 faiz səs almış siyasətçininin buralara qədər enməsi hətta ən qatı iqtidar təəssübkeşlərindən biri olaraq şəxsən mənim üçün ürəkağrıdıcıdır...Allah bu faciəni düşmənimə belə göstərməsin və ya o gün Yeni Müsavatdan oxudum-Türkiyənin məhşur köşə yazarlarından biri deyir ki,Əli bəy mənim email adresimə erməni soyqırımı və Azərbaycan iqtidarının yürütdüyü yalnış siyasətlə bağlı öz yazısını göndərib..Təsəvvür edirsinizmi,”Azadlıq” qəzeti yazır ki,filan mətbu orqanlar AXCP sədrinin məqalələrini dərc elədi və s.Oysa ki, adam özünü zorla ona-buna istinad etdirirmiş.Həm də millət adına bu qədər həssas açıqlamalar verərək.
Buna nə ad vermək olar?.Bax,haqqında danışdığınız Evrovision məsələsi də eyni qəbildəndir.Bunlar son ümidlərini dünya kameralarının Azərbaycana yığışmasına dikiblər.Amma anlaya bilmirlər ki,əyinlərinə bu dəfə lap narıncı şalvar geyinib,ətəklərinə yekə bir ürək şəkli də vursalar yeni xeyiri olmayacaq.