Bıçaqlaşan tələbələrin rektoru- - danışdı

bicaqlasan-telebelerin-rektoru-
Oxunma sayı: 2834


Onlar 1996 cı il təvəllüdlü, Quba şəhər sakini Babayev Vüqar Əhməd oğlu və 1996-cı il təvəllüdlü, Osmanlı Xalid Nəbi oğludur. “Qafqazinfo” xəbər verir ki, “Xeberdar.az” saytı hadisənin hansı səbəbdən baş verdiyini öyrənmək üçün Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Millət vəkili Aqiyə Naxçıvanlı ilə əlaqə saxlayıb. Rektor  açıqlamasında hadisənin şəxsi münasibətlər səbəbindən baş verdiyini bildirib. “Hadisə 1-ci dərsdən çıxdıqdan sonra baş verib və onlar ayaqyonunda mübahisə ediblər. Nəticədə,Vüqar tələbə yoldaşı Xalidi üç bıçaq zərbəsi ilə yaralayıb. Yaralı hal-hazırda xəstəxanadadı, bu dəqiqələrdə əməliyyat gedir. Vəziyyəti ağır olsa da, həkimlər hər şeyin yaxşı olması üçün çalışırlar. Tələbələrin hər ikisinin valideyinlərinə məlumat verilib. Hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır”.