İcra başçıları məhkəməyə çağırıldı

icra-bascilari-mehkemeye-cagirildi
Oxunma sayı: 638

İddialar FHN-ə qarşı zərər çəkənlərə maddi yardım verilməsi barədə hökumət sərəncamının icra edilməməsi ilə bağlııdır. İddiaçılar İmişli, Sabirabad, Saatlı, Salyan və Kürdəmir sakinləridir.

FHN təmsilçisi Vüqar Hacıyev məhkəmədə bildirib ki, zərər çəkənlərin problemlərini icra başçıları həll etməlidir. Eyni zamanda o deyib ki, FHN “vəziyyəti öyrənməkdə davam edir”.

Vəkil Fariz Namazlının və “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi Oqtay Güləliyevin vəsatəti ilə hakimlər bu rayonların icra başçılarını növbəti məhkəmə iclasına dəvət etmək barədə qərar qəbul ediblər.

Müdafiə həmçinin xahiş edib ki, FHN-in təmirə ehtiyacı olmadığını bildirdiyi evlər ekspertizadan keçirilsin. Məhkəmə bu məsələyə 5 və 14 noyabrda baxmağı qərara alıb.

FHN-ə qarşı cəmi 130 iddia verilib. Bunun 28-i məhkəmələr tərəfindən təmin edilib.

2010-cu ilin daşqınından 8 rayon ziyan çəkib. 100 min ha torpaq, 20 min ev su altında qalıb. Dövlət ziyanın aradan qaldırılması üçün 500 mln manat ayırıb. Amma “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı çoxlu korrupsiya və dövlət vəsaitlərinin talanması faktlarını aşkarlayıb. Daşqının nəticələrinin aradan qaldırılması üçün FHN məsuldur. Bu qurum isə pul kompensasiyalarının verilməsi, tikilən evlər və iş smetası barədə məlumatları təqdim etməkdən imtina edir./contact.az/