İcra başçısı mitinqə dəvət olundu

icra-bascisi-mitinqe-devet-olundu
Oxunma sayı: 661

Bu barədə Teleqraf.az-a rayondakı mənbələr məlumat verib. Aksiya keçirməkdə israrlı olan sakinlər Sabirabadın icra başçısını da mitinqə dəvət ediblər.

Qeyd edək ki, etiraz aksiyasına səbəb daşqınlardan ziyan çəkmiş insanlara verilən konpensasiyaların azalması, yeni evlərin tikintisinin hələ də başa çatdırılmaması və rayondakı sosial problemlərin artmasıdır.

Bundan əlavə, aksiya iştirakçıları mitinqin qarşısını almaq məqsədilə dünən polis tərəfindən saxlanılmış Sabirabad sakinlərinə qarşı təhqiramiz hərəkətlərə yol verdiyi iddia olunan rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin Vüsal adlı rəisinin cəzalandırılmasını da tələb edəcəklər. Bu məqsədlə rayonda imzatoplama kampaniyası da keçirilib. Kür daşqınlarından ziyan çəkmiş və hələ də dözülməz şəraitdə yaşayan insanlar Cinayət Axtarış Şöbəsinin rəsisinin cəzalandırılması tələbilə daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova müraciət ediblər. Müraciət eyni zamanda “Kür” Vətəndaş Cəmiyyəti ərargahına da ünvanlanıb.