İcra başçısı namaza qadağa qoydu

icra-bascisi-namaza-qadaga-qoydu-
Oxunma sayı: 652

7gun.az portalının yaydığı məlumata görə, bu haqda Gəncə sakinləri məlumat verib.

Gəncəlilər bildiriblər ki, şəhərdə Elmar Vəliyevin tapşırığıyla namaz vaxtları (xüsusən də Cümə günləri) məscidlərin qarşısına polislər və müəllimlər qoyulur. Onlar orta məktəb şagirdlərini məscidə buraxmırlar.
Müəllimlər məscidə gələn şagirdlərin, büdcə dövlət idarə və müəssisələrinin işçilərinin, eləcə də öz həmkarlarının qeydiyyatını aparırlar. Bundan başqa, şagirdlərin valideynlərinə övladlarını məscidə buraxmamaq, müəllimlərə və büdcə təşkilatlarının işçilərinə də məscidə getməmək barədə göstəriş verilib.
Gəncəlilər Elmar Vəliyev bu şəhərə icra başçısı təyin edilməmişdən əvvəl belə problemlərlə üzləşmədiklərini söyləyirlər. Onların sözlərinə görə, Elmar Vəliyev Gəncəyə icra başçısı gələndən sonra bir neçə gecə barları açılıb, dindarlara qarşı isə təzyiqlər güclənib.