İcra başçısı səngərə girdi - Fotolar

icra-bascisi-sengere-girdi-fotolar
Oxunma sayı: 648

Qonaqlar səngərlərdə əsgərlərimizlə maraqlanıb, söhbətlər aparıb, onlara bayram sovqatı çatdırıblar. “Qafqazinfo”nun məlumatına görə, Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Novruz bayramı münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb.

Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik edib.

Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim ediblər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıblar.

Hərbi hissə komandanlığı adından çıxış edən polkovnik Nizami Əliyev Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib.

Sonra tanınmış incəsənət ustaları xalq artisti Nazpəri Dostəliyeva, parodist Ramin Abdullayev, gənc müğənnilər Elçin Məhərrəmov və Fərid Məmmədovun konsert proqramı ilə çıxıxş ediblər.
Bayram şənliyindən sonra Səbail rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunub.

Səbail rayonunun nümayəndələri Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki “N” saylı hərbi hissəsinin də qonağı olublar.

Nigar Məmmədli