İcra başçısı xalqın qarşısına çıxdı - Foto

icra-bascisi-xalqin-qarsisina-cixdi-foto
Oxunma sayı: 651

Bu gün o, rayonun girəcəyində açıq bir məkanda camaatı qəbul edərək, onların təklif və şikayətlərini dinləyib.

İH başçısı ilə görüşə gələn salyanlı şikayətçilərin sayı təxminən 100 nəfərdir: "Biz isə 8 nəfərdən ibarət jurnalist qrupuyuq. İH başçısı camaatı dinləyir, onların şikayətlərini qeyd etdirir və əlaqədar strukturların məsələni öyrənib tədbir görmələri barədə tapşırıqlar verir. Real şikayətçilərlə yanaşı öyrədilmiş, öncədən hazırlanmış "şikayətçilər" də vardı və onlar jurnalistlərin gözündən yayınmadılar. Bu adamlar öz dərdlərini demək, problemlərini diqqətə çatdırmaq əvəzinə Tahir Kərmovu tərifləyir, ondan razılıqlarını bildirirdilər. Elə çıxırdı ki, burada əsas məsələ İH başçısının şikayət dinləməsi deyil. Yığıncaq bəzən İH başçısının hüquqlarını müdafiə komitəsinin toplantısına oxşayırdı. İcra nümayəndələri canfəşanlıq edir, bir çox şikayətçilərin öz problemlərini səsləndirməsinə imkan vermirdilər".

Reportyorumuzun sözlərinə görə, bununla yanaşı gerçək şikayətçilər arasında İH başçısının bu təşəbbüsünü razılıqla qarşılayanlar və onun davamlı olmasını arzulayanlar da var.

musavat.com